“Muğam mühazirələri”nin növbəti təqdimatı “Zabul segah" a həsr olunub.
Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan muğamı” adlı layihə çərçivəsində aprelin 29-da “Muğam mühazirələri” nin növbəti təqdimatı olacaq. Bu dəfəki mühazirə -konsertdə "Zabul segah" təqdim olunacaq . “Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşir.
Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxış və ifalar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları, təsniflər təqdim olunacaq.

8 ₼-dan
5 ₼-dan
8 ₼-dan
30 ₼-dan
15 ₼-dan
10 ₼-dan