8 Mart tarixində Azərbaycan estradasının ən sevilən simalarından biri, istedadlı bəstəkar, parlaq ifaçı və saysız-hesabsız hitlərin müəllifi Murad Arif Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm solo konsert proqramı ilə çıxış edəcək. İllərdir dillər əzbəri olan mahnılar, unudulmaz melodiyalar, yüksək enerji və Murad Arifə xas möhtəşəm səhnə performansı ilə dolu xüsusi bir musiqi gecəsinə hazır olun!