“MUSİQİLİ PROEKTOR” MULTİMEDİA ŞOUSU

Tədbir haqqında

22 oktyabr, saat 20:00-da, “ART-EAST MEDİA GROUP” şirkətinin təşkilatçılığı ilə "MUSİQİLİ PROEKTOR" multimedia şousuna dəvətlisiniz!

Təqdim olunacaq multimedia şou layihəsi “Azərbaycanfilm” kinostudiyasının dəstəyilə Bakının ecazkar sənət məkanlarından biri olan Nizami Kino Mərkəzində baş tutacaqdır. 

"MUSİQİLİ PROEKTOR" multimedia şousunda “AVANQARD” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin saundtrekləri yeni aranjimanda ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək. Proqramda böyük sevgi və rəğbət qazanmış ekran əsərlərindən olan musiqi nümunələri parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar məşhur filmlərdən fraqmentlərlə müşayiət olunub, canlandırılacaq. 

Dünyanı cənginə almış COVİD-19 pandemiyasının sərt qapanmalarından sonra “AVANQARD” kamera orkestrinin təqdim edəcəyi multimedia şousu tamaşaçılarda yeni bədii zövq formalaşdırıb, uzun müddətə xoş təəssürat yaradacaqdır.

Yaş məhdudiyyəti / Dil

6+
“MUSİQİLİ PROEKTOR” MULTİMEDİA ŞOUSU “MUSİQİLİ PROEKTOR” MULTİMEDİA ŞOUSU