Yeni il səyahəti

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

26 dekabr 2025-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il səyahəti” adlı konsert proqramı ilə çıxış edəcək.

Proqramda ADUF-un müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri, xor qrupları, vokal dərnəyi, nəfəsli və xalq çalğı alətləri ansamblı və solistləri, rəsm dərnəyi, musiqili uşaq teatrı, eləcə də gimnastlardan ibarət qrup bir-birindən maraqlı və rəngarəng bayram nömrələri təqdim edəcək.
Gəlin, bu Yeni il səyahətinə Uşaq Filarmoniyası ilə birgə çıxaq!

Yaş məhdudiyyəti / Dil

12+
Yeni il səyahəti Yeni il səyahəti

Məkan yeri
Bakı şəh, Yasamal ray, Bəsti Bağırova küç 16