30 dekabr saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında sehrli klassik musiqi və poeziya axşamı baş tutacaq. “Üç gözəlin bir arzusu” adlı konsert sevgi, harmoniya və yeni il möcüzəsi ilə dolu bir atmosferə qərq olaraq ilin mükəmməl yekununu təmin edəcək.
Gecənin iştirakçıları:
* Gülsüm Xəlilova (soprano) – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı, dramatik və romantik cizgilərlə dolu ecazkar ifaları ilə tanınır.
* Nazxanım Dadaşova (fortepiano) – Moskva Çaykovski Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı və prezident təqaüdçüsü, dinləyiciləri valeh edən virtuoz ifası ilə seçilir.
* Ədəbiyyat bölməsini Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, ssenarist və bir çox incəsənət layihələrinin müəllifi Ülviyyə Axundova təqdim edəcək. Onun poeziyası sevgi mövzusunu olduqca dərin və həssas şəkildə açacaq.
Proqramda səslənəcək əsərlər:
* G.Verdi
* G.Puccini
* J. Bach
* S. Raxmaninov
* F. Liszt
* F. Bədəlbəyli
* C. Debussy
* F. Shopen
Bu konsert klassika, poeziya və yeni il əhvalını birləşdirən özünüzə və yaxınlarınıza ilham dolu bir hədiyyədir. 30 dekabrda Kamera və Orqan Musiqisi Zalına gəlin və ili ən yüksək notla başa vurun!
Biletlər artıq satışdadır.