Yalnız mədəniyyət

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Məşhur müğənni, xalq artisti Eyyub Yaqubov “Yalnız Mədəniyyət” adlı musiqili tamaşada ilk dəfə böyük səhnəyə Hüseyn Cavid obrazında çıxacaq. Görkəmli Azərbaycan dramaturqu, mütəfəkkiri H. Cavidin unudulmaz misraları layihənin əsas leytmotividir: 

“Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Tamaşada xalq artisti Mehriban Zəki, istedadlı aktyor Elşən Əsgərov, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi iştirak edirlər.  Dramaturqun həyatını əks etdirən təsirli fraqmentlər, kövrək sevgi hekayəsi, möhtəşəm pyeslərdən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında sevilən mahnılar tamaşaya xüsusi rəng qatır. 
Azərbaycan tarixinin ən parlaq hadisələrinin  quruluş verilmiş tamaşa kimi səhnələşdirilməsi mədəniyyət üçün yeni hadisədir.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Yalnız mədəniyyət Yalnız mədəniyyət

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan