Sərhədsiz Puşkin

Tədbir haqqında

Aprel ayınıın 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində böyük rus şairi A.S.Puşkinin  225 illik yubileyi münasibətilə “ПУШКИН БЕЗ ГРАНИЦ” adlı konsert keçiriləcək.

Qeyd etmək istərdik ki, 2016-cı ildən musiqisevərlərin zövqünü oxşayan “BakuOperArt” layihəsi opera və kamera – vokal musiqisinin təbliğində böyük rola malikdir. Proyektin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, piano ifaçısı Yuliya Kərimovadır.

İlk dəfədir ki, layihədə iki ölkənin təmsilçiləri iştirak edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın Əməkdar artistləti Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor)  ifasını dinləmək imkanını əldə edəcəyik.

Yaş məhdudiyyəti / Dil

10+
Sərhədsiz Puşkin Sərhədsiz Puşkin