“QAYA” DÖVLƏT ANSAMBLI -  JAZZ FANTAZİYALARI

Tədbir haqqında

“QAYA” DÖVLƏT ANSAMBLI TƏQDİM EDİR: JAZZ FANTAZİYALARI
Hörmətli musiqisevərlər!
2024-cü ildə aprel-may aylarında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının,
ADA Universitetinin təşəbbüs və layihəsi üzrə və Mədəniyyət Nazirliyinin təşkilati
dəstəyi altında Bakı Beynəlxalq Caz Günü tədbirləri keçiriləcəkdir. Silsilə “Qaya”
Dövlət Ansamblının konserti ilə başlanır. Konsertin ilk hissəsində görkəmli
Azərbaycan klassiki Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının
mövzuları əsasında işlənilmiş fantaziya səslənəcəkdir. Layihənin rəhbəri və xor
səhnələrinin aranjiman müəllifi müasir “Qaya” Ansamblının yaradıcısı, Xalq artisti
Rauf Babayevdir. Fantaziya nömrələrinin orkestr üçün aranjimanı isə bəstəkar
Nazim Əhmədovundur.
Konsertin ikinci bölməsində Ansamblın ifasında caz musiqisinin məşhur vokal və
instrumental standart mövzularını dinləyəcəksiniz. “Qaya” Dövlət Ansamblının
caz repertuarındakı yeni kompozisiyalarla da tanış olacaqsınız.

Yaş məhdudiyyəti / Dil

6+
“QAYA” DÖVLƏT ANSAMBLI -  JAZZ FANTAZİYALARI “QAYA” DÖVLƏT ANSAMBLI -  JAZZ FANTAZİYALARI