Ramiz Mirişlinin mahnılarından ibarət konsert

Tədbir haqqında

Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək. Konsertdə Respublikanın Xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və “Sevil” qrupu iştirak edəcəklər. Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Gülandam” və s. sevilən mahnıları səsləndiriləcək.

Yaş məhdudiyyəti / Dil

0
Ramiz Mirişlinin mahnılarından ibarət konsert Ramiz Mirişlinin mahnılarından ibarət konsert