Nadir kamera və caz gecəsi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

11 mart Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, dirijor Əyyub Quliyevin rəhbərliyi və tanınmış pianoçu Emil Əfrasiyabın iştirakıyla parlaq musiqi gecəsi baş tutacaq. Pianonun incə çalarları və zəngin orkestr palitrasının əsrarəngiz vəhdəti bu gecəni əsl musiqi bayramına çevirəcək. Həm klassik, həm də caz musiqisi korifeylərinin əsərləri akademik ənənəni səhnənin canlı emosional enerjisi ilə birləşdirərək bu gecəyə unudulmaz bir ovqat bəxş edəcək. Əziz dinləyicilər, bu möhtəşəm musiqi gecəsini qaçırmayın...

Yaş məhdudiyyəti / Dil

6+
Nadir kamera və caz gecəsi Nadir kamera və caz gecəsi

Məkan yeri
İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan