REVIVAL

Tədbir haqqında

“REVIVAL” insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayindir.

Yaşadığımız müasir dövrdə hava, su, torpaq və od kimi mühüm ünsürlər yeni düşüncələrə ilham verən mövzulara çevrilmişlər. Buna görə də, bu tamaşa suyu həyatla, havanı ağlın gücü ilə, torpağı şüurlu varlıq ilə, alovu isə sivilizasiyanın işığı ilə birləşdirən bir dirçəliş kimi nəzərdə tutulmuşdur.

Keçməkeşli tərəqqi yollarında itən bəşəriyyət, uzaq keçmişdən bu günə səyahət edən kahinlərin müdrikliyindən nəsihət alaraq hər bir elementin tərkibində təbiətə aid sənət  əsərinin olduğuna şahidlik edir.

Bütün bunlarla bağlı olan və kosmik əlaqələrin dinamikasında təşəkkül tapan müqəddəs qadın və kişi dialektikası Xeyir naminə bəşəriyyətin toxumasını kollektiv səy şəklində bir daha toxuyacaq.

Nəzərə alsaq ki, xalça saysız-hesabsız düyünlərin nəticəsidir, biz də insanlar arasında kollektiv iradə sayəsində əldə edilmiş birliyin gözəlliyini məhz bu formada təsvir edirik.

İnsan məhdudiyyətlərinin məhbusuna çevrilmiş Qız qalasının saf ruhlu şahzadəsi onu gizlədən daşlar arasından azad olub “insan olmağı” hər birimizə xatırladaraq bizi bu gözəllik, saflıq və kövrəkliklə ruhlandıracaq.

İnsan olmaq, həqiqətən də, malik olduğumuz  kövrəkliyi qəbul etmək deməkdir, amma bu o demək deyil ki, biz həyat səhnəsində olmalı deyilik.

Unutmayaq ki,  həyat özü Gözəllik kimidir. Əgər ona qayğı göstərilmirsə, haqqı verilmirsə o mövcud deyil. Gözəllik, həqiqətən də, onu seyr edənlərin gözlərindədir.

Buna görə də, hər şeyə yeni nəfəs verilsin deyə bəşəriyyətə təqdim edilən Əbədi məşəl yeni dünyanın elçisi kimi rəqsin vəcdi və baharın şövqedici arzusu ilə alovlandırılacaq, -  Françesko Bondì

Turanın qızı - Cüsy Di Blasi

Atəş keşişi - Antonio Bonura

Kahinlər - Ancela Aucello, Grazia Montelione, Sabrina Puleo, Luçie Vendlovà

Qalanın Bakirə Qızı - Tatiana Foski, Afag Abbasova

Naməlum Şahzadə - Ramil Qasımov

Solo tar – İbrahim Babayev

Mugam solo – Fərqanə Qasımova

Mugam solo – Teyyub Aslanov

Balaban Solo – Anar Vəlizadə

Xoreoqrafiya – Nailə Məmmədzadə

İşığı rejissoru - Kristian Zukaro

Video Rəssam - Luka Attilii

İcraçı rəssam - Tehran Babayev

Səhnələr üzrə köməkçi - Roberto Tusa

Orkestr və xor

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri

Dirijor - Əyyub Guliyev

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xoru

Xormeyster  - Sevil Haciyeva

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baleti

Rejissor, Dəstlər və Kostyumlar by Françesko Bondì

Yaş məhdudiyyəti / Dil

6+
REVIVAL REVIVAL