GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA "RUHUN QİDASI" ADLI KONSERT PROQRAMI BAŞ TUTACAQ
23 sentyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayevanın "Ruhun qidası" adlı birgə konserti baş tutacaq. Gəncədə ilk dəfə keçiriləcək konsertdə gənc ifaçılar Üzeyir Hacıbəyli, Sevda İbrahimova, Tural Məmmədli, Bela Bartok, List, Şopen, Bethoven, Bela Kovacs kimi bəstəkarların əsərlərini ifa edəcəklər.