SEA BREEZE Summer LIVE 2024

Tədbir haqqında

Yay sürətlə yaxınlaşır! Tezliklə şəhərin səs-küyündən qaçaraq sərin mehə doğru yol alacağıq – yay ilə ilk görüşə yalnız bir neçə gün qalıb.
Görüş yerini dəyişdirmək olmaz: iyunun 8-də SEA BREEZE Summer LIVE çərçivəsində yay musiqi mövsümünün möhtəşəm açılışı baş tutacaq. RAAVA Music leyblinin demək olar ki, bütün artistləri – Elman, Andro, Mona və Toni, həmçinin EMIN, "Vintaj" qrupu, Ellai, Hiss, Mehin Hümbətova, Murad Arif, Bahh Tee & Turken və Fahree & İlkin Dovlatov duetləri əla əhval-ruhiyyə bəxş edəcəklər. Axşamın aparıcısı isə xarizmatik Kostya Bravo olacaq.
Fan zonası bu mövsümdə iki dəfə böyüdülüb, bu isə ulduzlu səma altında coşğun rəqslər üçün daha çox yer deməkdir! Tədbirin başlanğıcında ənənəvi olaraq enerjili DJ seti olacaq, sərinləmək və yemək istəyənlər üçün isə ərazidə fud-kort qurulacaq.
Bakının ən böyük yay rəqs meydanında görüşənədək!

QEYD: BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.

 

Yaş məhdudiyyəti / Dil

6+
SEA BREEZE Summer LIVE 2024 SEA BREEZE Summer LIVE 2024