5 İL SONRA BAKIDA!
“Yan Benimle“,“Ateşle Oynama “, “Kafa “, “Vaziyetler “ və digər ifaları ilə Türkiyənin sevilən müğənni, bəstəkar , söz yazarı Sıla 11 Mart 2023 tarixində Bakı Konqres Mərkəzində möhtəşəm konsertlə çıxış edəcək.
COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər.
Qonaqlar Bakı Konqres Mərkəzinin B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.