VIP masalar və digər məlumatlar üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz: +994 10 718 50 50 / +994 10 725 50 50
SOLTO / MAIZE BEACH
Hazırda dünyanın bütün rəqs meydançalarında səslənən viral “Jamaican (Bam Bam)” hitinin müəllifi ilk dəfə Bakıda çıxış edəcək.
SOLTO dünya elektron musiqi səhnəsini sürətlə fəth edən Fransız Afro House səhnəsinin yeni adıdır. Onun musiqisi günəş enerjisi, hipnotik ritmlər və güclü perkussiyanın unikal qarışığıdır.
Hugel ilə birlikdə hazırladığı və sosial şəbəkələrdə milyonlarla baxış toplayan “Jamaican (Bam Bam)” treki onu yeni nəsil House musiqisinin ən çox danışılan artistlərindən birinə çevirib.
Hər kəsin bu treki bildiyi, hamının birlikdə oxuyacağı və dancefloor-un əsl festival atmosferinə çevriləcəyi gecəyə hazır olun.