ABONEMENT -  Fevral

Tədbir haqqında

04.02.2023 - 15:00
Azərbaycan Dövlət Fortepiano Triosu
“Qara Qarayev və şagirdləri” adlı konsert

11.02.2023  15:00
F.Əmirov adına Əməkdar Kollek v Azərbaycan Dövlət Mahnı və
Rəqs Ansamblının XOR QRUPU
“Mahnı çələngi” adlı konsert

18.02.2023  15:00
Azərbaycan Dövlət Simli Kvarte
Azərbaycan və xarici bəstəkarlarının əsərlərindən ibarət konsert
Solist: Respublika və beynəlxalq müsabiqələr laureatı Xəyal Əliyev (akkordeon)

25.02.2023  15:00
Cadenza Contemporary Orchestra

"Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək"


Ötən illər ərzində M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Filarmoniyanın nəzdində fəaliyyət göstərən kollektivlərin iştirakı ilə məktəblilər üçün abonement konsertlər təşkil olunurdu. Təşkil olunan konsertlər məktəblilər tərəfindən maraqla qarşılanırdı. Abonement konsertlərin keçirilməsi böyük əhəmiyyət kəsb edirdi. Təşkil olunan konsertlər müxtəlif mövzu və janrları əhətə etdiyi üçün gənc nəslin formalaşmasında, musiqi seçimində əvəzsiz rol oynayır.

 Lakin, 2010-cu ildə Kamera və Orqan Musiqisi Zalında əsaslı təmir və bərpa işlərinin başlanılması ilə əlaqədar olaraq abonement konsertlərin keçirilməsi dayandırılmışdır.

Uzun sürən fasilədən sonra, 2022-ci ilin noyabr ayından etibarən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlərə yenidən başlanılacaqdır. Əvvəlki illərdə abonement konsertlər sırf məktəblilər üçün nəzərdə tutulmuşdursa, bu ildən isə bu konsertlər daha geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulmuşdur.

Təşkil olunan abonement konsertlər hər həftənin şənbə günləri saat 15:00 M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcəkdir. Konsertlərdə iştirak etmək arzusunda olan tamaşaçılar şəhərimizin bilet kassalarından abonement konsertlər üçün nəzərdə tutulan biletləri əldə edə bilərlər. Qeyd etmək istəyirik ki, satılan abonement biletləri çox münasib qiymətədir. Bir dəfə alınan abonement bileti 1 ay ərzində təşkil olunan konsertlərə keçərlidir.

Yaş məhdudiyyəti / Dil

6+
ABONEMENT -  Fevral ABONEMENT -  Fevral