Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
10 aprel saat 19:00-da Heydər Əliyev Sarayında məktəb komandaları arasında Anar Məmmədxanov Kuboku keçiriləcək.
Səhnədə ən güclü məktəb kollektivləri əvvəlcədən hazırlanmış proqramlarla çıxış edəcək, səhnəciklər və musiqili nömrələr təqdim olunacaq. İştirakçılar səhnə mədəniyyəti, hazırcavablıq və komanda ruhunu nümayiş etdirəcəklər.
Layihə əfsanəvi “Parni iz Baku” KVN komandasının böyük kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr olunub və gənclər arasında sağlam yumor mühitinin inkişafına xidmət edir.
Tamaşaçıları maraqlı və enerjili bir axşam gözləyir

40 ₼-dan
30 ₼-dan
20 ₼-dan
Biletlər satılıb
15 ₼-dan
20 ₼-dan