Üzüklərin Hökmdarı şam işığında. Mystery Ensemble.

Tədbir haqqında

Unikal konsert yanvar ayının 26-da 2024-cü ildə saat 20:00-də Bakının mərkəzində Azərbaycan Dövlət Filarmoniyasının (Kirxa) Kamera və Orqan Musiqisi Zalında keçiriləcək. Qaçırılması mümkün olmayan bir hadisə!  Yüzlərcə şamdan ibarət zalda "Üzüklərin Hökmdarı" filmlərindən möhtəşəm musiqi dünyasına qərq olun. Bütün ailənin zövqünə zəmanət verilir.

Müasir orkestrin ifasında, Mystery Ensemble — musiqiçilərinin virtuoz ifası sizi dərhal elflərlə, hobbitlərlə və cırtdanlarla uzaq bir fantaziya dünyasına aparacaq! Milyonlarla insanın sevdiyi musiqi Sizlərə xoş teessürat bəxş edecek.

Bu canlı musiqi səyaheti dünyaca məşhur Kanadalı bəstəkar və dirijor — Hovard Şorun valehedici melodiyalarina aparacaq. Hovard Şor trilogiyalarina görə üç "Oskar", iki "Qızıl Qlobus" və üç "Qremmi" mükafatına layiq olub 2024-cü ilin yanvar ayının 26-da keçiriləcək konsertə bir azdan biletləri əldə etmək mümkün olmayacaq.

Mystery Ensemblenın proqramı haqqında:

- Bu gözəl qış axşamında özünüzü elflərin, orkların, hobbitlərin və cırtdanların yaşadığı Tolkinin fantastika dünyasının qəhrəmanları kimi hiss edəcəksiniz! Təsəvvür edin: Kamera salonu  və soundtrek motivlərinin orijinal səsi... Bu inanılmazdi, elə deyilmi?

Şayiələrə görə, müxtəlif film bəstəkarları ifamızda "Üzüklərin Hökmdarı" nı eşitdikdən sonra intensiv olaraq digər filmlərə soundtrek bəstələməyə başladılar — ümid edərək ki, nə vaxtsa biz onları da ifa edəcəyik! Bu haqqda düşünərik.

Şayiələrə inanmayın! Gəlin və "Üzüklərin Hökmdarı" nı, ifamızdakı musiqinin filmin özü qədər həyəcanlı olduğunu canlı olaraq dinləyin.

Konsert başlamazdan əvvəl sizi parıldayan şamlarla salonun interyerinə və memarlıq elementlərini seyr etmeyi təklif edirik. Gözünüzü  gəzdirin, inanılmaz bir atmosferə qərq olun!

 Şam işığında konsertlərimiz Bakının qeyri-adi, atmosferli, valeh edici,sehrə bürüyür. Biz sizə canlı musiqinin multisensor qavrayışının unikal təcrübəsini təqdim edirik. Musiqini eyni zamanda bütün hisslərinizlə hiss edin!

Mystery Ensemble — ən aktual musiqini ifa edən unikal kollektivdir. Akustik simli alətlərin canlı səsi, bənzərsiz aranjımanlar, virtuoz klaviaturalar, möhtəşəm zərb alətləri və sənətkarlar! Gənc və öz sahələrində əsil peşakarlar. Orkestr Bakının ən atmosferli zallarında sehirli əhval-ruhiyyə yaradır.
İndi isə Mystery Ensemblidan musiqini ürəyinizə axıtmağın və bu inanılmaz macəranı birlikdə yaşamağın vaxtı gəldi!

Bütün ailə üçün yanvar ayının ən gözəl, atmosferli, cazibədar konsertinə bilet almaq şansını qaçırmayın!

Konsertin idarə və təşkilat agentliyi — RED EVENTS & Distribution ltd, Rusiyada, Böyük Britaniyada, Avropada və digər ölkələrdə həmçinin Azərbaycanın qədim,şam yandıran malikanələrində, damlarda, istixanalarda, planetariumlarda və digər  ən atmosfer yerlərində unikal, mədəni tədbirlər təşkil edir. Həm də repertuarda-video sənət və səs məkanında tam immersion ilə şam işığı konsertləri və multimedia konsertləri də var.

Saat 20:00-da başlayır.

Ünvan: 28 May küç., 41, 1010, Bakı şəhəri

Diqqət! Konsertə gecikdiyiniz halda, biletinizdə göstərilən kateqoriyadan başqa yerlər təklif oluna bilər. İdarəçilərin və mühafizəçilərin təlimatlarına əməl edin. Konsertə gecikməməyinizi məsləhət görürük.

 İfaçılar

🎻 Mystery Ensemble

Konsertin sirli və sehri musiqiçilərinin ətrafındakı memarlıq və bənzərsiz bir işıqlanmanin köməyi ilə təşkil olunmuş bu konsert ansamblın tamaşaçılarını  musiqinin sirli dünyasına qərq olunmağa yardım edecək.

 Proqramda

  • Uruk hai
  • The prologue
  • Bag End
  • The Farewell dear Bilbo attack
  • Keep it Secret Drinking song
  • Saruman the white
  • The Nazgûl
  • Weathertop attack
  • Gollum
  • The mirror of Galadriel
  • The road Goes ever on
  • The Grace of Undomiel
  • The House of Healing
  • May it be
  • The Shire

* Proqramda dəyişikliklərin mümkün olduğuna diqqət yetirin!

Yaş məhdudiyyəti / Dil

6+
Üzüklərin Hökmdarı şam işığında. Mystery Ensemble. Üzüklərin Hökmdarı şam işığında. Mystery Ensemble.