Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Bəstəkar və pianoçu Sevda Rəhimovanın yaradıcılıq gecəsi
27 fevral 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tanınmış bəstəkar və pianoçu Sevda Rəhimovanın yaradıcılıq gecəsi keçiriləcək.
Tədbirdə müəllifin müxtəlif illərdə bəstələdiyi əsərlər canlı ifada səsləndiriləcək. Konsert proqramına simfonik, kamera və instrumental janrlarda yazılmış nümunələr, eləcə də vətənpərvərlik ruhlu əsərlər daxil ediləcək. Tədbir çərçivəsində Sevda Rəhimovanın yaradıcılıq yolu, musiqi-estetik baxışları və müasir musiqi sənətinə dair yanaşmaları barədə qısa təqdimat da nəzərdə tutulur.
Yaradıcılıq gecəsi klassik musiqi sevərlər üçün müəllif dünyasına yaxından baxış, canlı ifa və estetik musiqi axşamı vəd edir.

8 ₼-dan
25 ₼-dan
30 ₼-dan
4 ₼-dan
10 ₼-dan
30 ₼-dan