Turetski xoru

Tədbir haqqında

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində «Turetski xoru»nun konserti keçiriləcək. Art qrupu Bakı konsertində repertuarında olan ən məşhur kompozisiyaları – dünya klassikasının şedevrlərindən tutmuş xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək. 


«Turetski xoru» 21-ci əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığı və qeyri-adi xarizmaya sahib ifaçıların sinerjisidir. 


«Turetski xoru» debütünü 1990-cı ildə edib. Art qrupunun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. 


Kollektivin repertuarı sərhədsizdir – onlar dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif əsərlər ifa edirlər. Qrupun ifasında 10-dan artıq dildə kompozisiyalar yer alıb.

Yaş məhdudiyyəti / Dil

6+
Turetski xoru Turetski xoru