İllərdir sosial şəbəkələrdə öz ifa tərzləri ilə insanların rəğbətini qazanmış, hətta səsləri Azərbaycan hüdudlarından kənara səs salmış Habil Məmmədov və şagirdləri 21 iyun Muğam mərkəzində sevənləri üçün ilk Solo "Qarabağın səsi" adlı konsert təşkil edəcəkdir. Konsertdə Azərbaycan xalq, bəstəkar mahnıları və eləcə də türk musiqisi dinləyicilərin zövqünü oxşayacaqdır.