Üzeyir Hacıbəyli XVI beynəlxalq musiqi festivalı

Tədbir haqqında

18.09.24/19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılışı

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Bədii rəhbər və baş dirijor: Fuad İbrahimov
Azərbaycan Dövlət Xor Kapellası
Bədii rəhbər və baş dirijor: Gülbacı İmanova

Solistlər: 
Ülviyyə Hacıbəyova (piano)
Ramil Qasımov (tenor)
İnarə Babayeva (soprano)
Mahir Tağızadə (bariton)

Proqram:
Üzeyir Hacıbəyli – “Koroğlu” operasına uvertüra
Süleyman Ələsgərov - Səs və orkestr üçün “Eşq olsun sənətkara” balladası 
Musa Mirzəyev - “Böyük ustada ithaf” poeması 
İsmayıl Hacıbəyov - Piano və orkestr üçün “Cəngi” rapsodiyası
Ərtoğrol Cavid - Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işlənməsi: Ayaz Qəmbərli, ilk ifa) 
Fikrət Əmirov – Üzeyir Hacıbəyliyə ithaf 
Vasif Allahverdiyev – “Aşıqsayağı”
Üzeyir Hacıbəyli – “Firuzə” operasından Firuzənin Ariyası
Soltan Hacıbəyov – “Karvan” simfonik lövhəsi
Üzeyir Hacıbəyli – xor və orkestr üçün “Bahar nəğməsi” (ilk ifa) 
Üzeyir Hacıbəyli – Bariton, xor və orkestr üçün “Kantata” (Nizaminin 800 illiyinə həsr olunur) (ilk ifa)
Üzeyir Hacıbəyli – “Milli marş” (ilk ifa)

20.09.24/19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası

“Fəsillər” konsert layihəsi
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Bədii rəhbər və baş dirijor
Bədii rəhbər və baş dirijor: Fəxrəddin Kərimov

Solistlər: 
Ciotsna Şrikant (violin, Hindistan)
Şadrak Solomon (piano, Hindistan)

Proqram:
Robert Volkmann – Simli orkestr üçün serenada, op. 62
“Raqa fəsilləri”: “Bahar”
Antonio Vivaldi – “İlin fəsilləri” silsiləsindən “Yay”
“Raqa fəsilləri”: “Yay”
Klod Debüssi – İsao Tomita tərəfindən elektron aranjimanda “Estamplar” süitasından “Yağış altında bağlar”
“Raqa fəsilləri”: “Musson”
Xədicə Zeynalova – “Payız çalarları”
“Raqa fəsilləri”: “Payız”
Astor Piazzola – “Buenos Ayresin dörd fəsli” silsiləsindən “Qış”
“Raqa fəsilləri”: “Qış”
Klod Debüssi – İsao Tomita tərəfindən elektron aranjimanda “Uşaq güşəsi” silsiləsindən “Rəqs edən qar dənəcikləri”
“Raqa fəsilləri”: “Qar”


22.09.24/19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Yalçın Adıgözəlov
Kavatina Kvarteti (Koreya)
Solistlər:
Hyojin Ellen Kim (violin, ABŞ)
Nora Romanoff-Şvartsberq (viola, Avstriya)

Proqram: 
Lui Şpor – “Yessonda” operasına uvertüra (Bakıda ilk ifa)
Volfqanq Amadey Mozart – Violin, viola və simfonik orkestr üçün Sinfonia Concertante, Es-dur, Op.364 (Bakıda ilk ifa)
Volfqanq Amadey Mozart – “Teatr direktoru” operasına uvertüra (Bakıda ilk ifa) 
Lui Şpor – Simli kvartet və simfonik orkestr üçün konsert (Bakıda ilk ifa)

24.09.24/19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru
Dirijor: Miguel Kampos Neto (Braziliya)
Solistlər: 
Fərid Əliyev (tenor)
İlahə Əfəndiyeva (soprano)

Proqram:
Qama Malçer – "İara" operasına uvertüra (Bakıda ilk ifa)
Frans Şubert – Simfoniya N3, D-dur
Azər Dadaşov – “Zəfər çələngi” uvertürası
Karlos Qomes – “Il Guarany” operasından “Sento una forza” dueti
Xose Brandao – "Eh Bumbá" (Bakıda ilk ifa)
Meneleu Kampos – “Gli Eroi" operasından duet (dünya premyerası)
Eytor Vila-Lobos – "Şoro N10" (Bakıda ilk ifa)

28.09.24/19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Əyyub Quliyev
Solistlər:
Dmitri Sitkovetski (violin, Böyük Britaniya)
Murad Adıgözəl-zadə (piano)
Elvin Hoca Qəniyev (violin) 

Proqram:
⁠⁠Pyotr Çaykovski – “Romeo və Cülyetta” uvertüra-fantaziyası
Erix Kornqold – Violin ve orkestr üçün konsert, D-dur, Op.35 (Bakıda ilk ifa)
Feliks Mendelson – Violin, piano və simli orkestr üçün ikili konsert, d-moll
Qara Qarayev – “Yeddi gözəl” baletindən “Adagio” və “Vals” (violin, piano və orkestr üçün işlənmə)

 

Diqqət! Konsertə gecikdiyiniz halda, biletdə göstərilən yer dəyişdirilə bilər. 
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.

Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur.  Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.

Yaş məhdudiyyəti / Dil

6+
Üzeyir Hacıbəyli XVI beynəlxalq musiqi festivalı Üzeyir Hacıbəyli XVI beynəlxalq musiqi festivalı