18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festival demək olar ki, hər günü maraqlı tədbirlərlə yadda qalacaq. Les Essences kamera orkestrinin konserti də bu sıradandır. Les Essences peşəkar ifaçılardan ibarətdir. Beynəlxalq kamera orkestri türk əsilli skripkaçı Öndər Baloğlunun bədii və musiqi rəhbərliyi altında musiqiçiləri bir araya gətirir.