5 qısa film

Tədbir haqqında

1.Köç
 Ta qədim zamanlardan babalarımız qışı aranda, yayı yaylaqda keçirərdilər. İndi də bu ənənə davam etdirilir. Elə ki, yaz gəldi respublikamızın dağ bölgələrinin yolları qoyun sürüləri ilə dolur, sonra da tezliklə çəkilib uzaqlaşır. Əlbəttə, köçün də öz ənənələri, qayda-qanunları var.
Filmdə tamaşaçılar Jdanov (indiki Beyləqan), Laçın və başqa dağ bölgələrinin yolları ilə dağlara qalxır, çobanların həyatı ilə tanış olurlar.

Müddət: 0:10:00
Direktor: Zaur Maharramov

2. 9 Dəqiqə

Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir.

Müddət: 0:09:00
Direktor: Khamis Muradov

3.Sərhəd

Film xalqımızın taleyinə, ikiyə bölünmüş bir xalqın qovuşmaq həsrəti haqqındadır.

Müddət: 0:10:00
Direktor: Nizami Abbass

4.Dissonans 

Film Bakı İdman Malları Fabrikinin həndbolçu qızlarından, daha doğrusu onların çox gərgin keçən bir oyunundan bəhs edir. 

Müddət: 0:10:00
Direktor: Teymur Bakirzade

5.Altıaylıq

Ofislərin birində süpürgəçi  işləyən 65 yaşlı Elmira artıq nənədir. O, uzun illərdən sonra artıq başqa ailəsi olan sevimli anasını da tapıb.  Ancaq biologiya elmləri doktoru olan sərt təbiətli bu qadın, kasıb və sadə görkəmli, diplomlu savadlı süpürgəçi qızına görə xəcalət çəkir. Yaşı altımışı keçmiş Elmira hələ də ana sevgisinə möhtac qalmış yetim bir uşaqdır.  

Müddət:0:26:00
Direktor: Mirsadiq Agazade

Yaş məhdudiyyəti / Dil

6+
5 qısa film 5 qısa film