Ən yaxşı qısametrajlı sənədli film

Tədbir haqqında

Ən yaxşı qısametrajlı sənədli film

Film: Olimpiaçı
Rejissor: Jan Bujnowski
Ölkə: Polşa
Uzunluq: 0:11:34
Dil: Polyak (azərbaycan altyazıları ilə)
Yaş məhdudiyəti: +6

Haqqında: 22 yaşlı Yakub tövlədə, tək həmdəmi olan atların əhatəsində yaşayır. Onun sıxıcı və təkrarlanan işlərlə dolu günləri bir-birinə bənzəyir. Onun həyatına məna verən tək şey onun gizli arzusudur. Bu film, böyük arzusu və onu gerçəkləşdirmək üçün planı olan sadə bir mehtərin hekayəsidir.

Film: Başlanğıc Nöqtəsi
Rejissor: Svetlana Stasenko
Ölkə: Rusiya
Uzunluq: 0:30:00
Dil: Rus (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +12

Haqqında: İnsanlar Tanrıya inanırlar. Amma bəzi hökmdarlar Tanrını özləri ilə əvəz etmək istəyirlər. Bu məqsədlə mətbuat katibləri və PR menecerlər qəribə, absurd, və çox bahalı layihələr fikirləşib ortaya çıxardırlar. “Rusiya Federasiyasının Prezidentinin şəxsi vəsaiti ilə” düzəldilmiş nəhəng “Əllə Düzəldilməyən Xilaskar” ikonası Rusiyanın bütün hərbi bölmələrini gəzir, və əsgərlər onun önündə dua etməyə və onu öpməyə məcbur edilirlər.

Film: Mənim Evim
Rejissor: Azar Saiyar
Ölkə: Finlandiya
Uzunluq: 0:12:00
Dil: Fin (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +6

Haqqında: Uşaqlığın və yetkinliyin parçalanmış xatirələri naməlum rəvayətçinin zümzüməsində bir-birinə qarışır. 60-cı illərin televiziya proqramında uşaqlar yeni bir oyun öyrənirlər. Kimsə yenidən sinfə daxil olmaq üçün koridorda dayanıb icazə gözləyir. Hər şey hazırdır. Hər şey mükəmməldir.

Film: Vulkan Üzərində Ev
Rejissor: Amil Amal
Ölkə: Azərbaycan
Uzunluq: 0:25:55
Dil: Azərbaycan (ingilis altyazıları ilə)
Qonaq: Amil Amal 
Yaş məhdudiyəti: +12

Haqqında: Aqibət bəyin evi 2014-cü ildə vulkan püskürməsi nəticəsində dağılıb. O üç il evsiz qalıb. O illər ərzində onun arvadı da vəfat edib. Üç il sonra dövlət Aqibət bəy üçün ev tikib. Hazırda Aqibət bəy bu evdə tək yaşayır. Amma ev yenə də vulkanın üstündədir. Yeni ev tikildikdən sonra da, ətrafında kiçik vulkan püskürmələri olub. O gecə-gündüz təlaş içindədir. Düşünür ki, bir gün bu kiçik vulkanlardan biri böyüyüb, yenidən onun evini uçurdacaq.

Yaş məhdudiyyəti / Dil

6+
Ən yaxşı qısametrajlı sənədli film Ən yaxşı qısametrajlı sənədli film