Ən yaxşı qısametrajlı sənədli film

Tədbir haqqında

Ən yaxşı qısametrajlı sənədli film

Film: Başlanğıc Nöqtəsi
Rejissor: Svetlana Stasenko
Ölkə: Rusiya
Uzunluq: 0:30:00
Dil: Rus (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +12

Haqqında: İnsanlar Tanrıya inanırlar. Amma bəzi hökmdarlar Tanrını özləri ilə əvəz etmək istəyirlər. Bu məqsədlə mətbuat katibləri və PR menecerlər qəribə, absurd, və çox bahalı layihələr fikirləşib ortaya çıxardırlar. “Rusiya Federasiyasının Prezidentinin şəxsi vəsaiti ilə” düzəldilmiş nəhəng “Əllə Düzəldilməyən Xilaskar” ikonası Rusiyanın bütün hərbi bölmələrini gəzir, və əsgərlər onun önündə dua etməyə və onu öpməyə məcbur edilirlər.

Film: Olimpiaçı
Rejissor: Jan Bujnowski
Ölkə: Polşa
Uzunluq: 0:11:34
Dil: Polyak (azərbaycan altyazıları ilə)
Yaş məhdudiyəti: +6

Haqqında: 22 yaşlı Yakub tövlədə, tək həmdəmi olan atların əhatəsində yaşayır. Onun sıxıcı və təkrarlanan işlərlə dolu günləri bir-birinə bənzəyir. Onun həyatına məna verən tək şey onun gizli arzusudur. Bu film, böyük arzusu və onu gerçəkləşdirmək üçün planı olan sadə bir mehtərin hekayəsidir.

Film: Mənim Evim
Rejissor: Azar Saiyar
Ölkə: Finlandiya
Uzunluq: 0:12:00
Dil: Fin (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +6

Haqqında: Uşaqlığın və yetkinliyin parçalanmış xatirələri naməlum rəvayətçinin zümzüməsində bir-birinə qarışır. 60-cı illərin televiziya proqramında uşaqlar yeni bir oyun öyrənirlər. Kimsə yenidən sinfə daxil olmaq üçün koridorda dayanıb icazə gözləyir. Hər şey hazırdır. Hər şey mükəmməldir.

Film: ALAMAN
Rejissor: Ilgiz-Sherniyaz Tursunbek uulu
Ölkə: Qırğızıstan
Uzunluq: 0:15:00
Dil: Rus (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +6

Haqqında: Qədim köçəri tayfaların at belində oynanılan Alaman adlı bir oyunu var. Yüzlərlə, bəzən minlərlə atlı mükafat uğrunda yarışır. Milli oyun yaxşıdır, amma gələcəyə baxışımızı, son 30 ildə izlədiyimiz qaydaları dəyişmək və hər kəsin bu leş oyunundakı kimi ofis və taxt üçün savaşdığı bu lənətlənmiş çevrədən çıxmaq zamanı deyilmi? Ətrafımızdakı dünya dəyişir və insanların öz dəyərlərini yeniləməsinə ehtiyac var. Bu qısa filmdə biz bu iki fikri bir araya gətirməyə çalışmışıq.

Yaş məhdudiyyəti / Dil

6+
Ən yaxşı qısametrajlı sənədli film Ən yaxşı qısametrajlı sənədli film