Ən yaxşı qısametrajlı sənədli film

Tədbir haqqında

Ən yaxşı qısametrajlı sənədli film

Film: 12/35
Rejissor: Matlab Mukhtarov
Ölkə: Azərbaycan
Uzunluq: 0:42:04
Dil: Azərbaycan (ingilis altyazıları ilə) 
Yaş məhdudiyəti: +12
Haqqında:  “12/35” filmi itmiş nəsil, nostalgiya və ölüm mövzularının qarşılıqlı vəhdətindən yaranıb. “12/35” sənədli filmi həm də gənc yaşda vəfat edənlərin həyatlarını və yaşayanların xatirələrini araşdırır. İndi 50-60 yaşlarında olan bu kişilər həmyaşıdlarının başına gələnləri, əksər dostlarının, qohumlarının niyə gənc yaşda öldüyünü, yəni bir binanın fonunda bütöv bir nəslin hekayəsini danışırlar. Ölənlərin səsləri və həyatları 90-cı illərin həvəskar videoçəkilişlərindən çıxarılmış kadrlarda yer alır. Köhnə dostların ölüm səbəblərini anlamaq cəhdləri fonunda çəkilən bu film, həm nostalgiya, həm də ev məfhumuna olan xüsusi sevginin xatirələr vasitəsilə necə oyanmasından bəhs edir:

Film: Ötəsi
Rejissor: Daniel Maurer
Ölkə: İsveçrə
Uzunluq: 0:09:35
Dil: Fransız (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +12

Haqqında:  İkinci Covid dalğası xəstəxanalardakı ölüm saylarını əhəmiyyətli dərəcədə artırıb. Bu regional xəstəxana mərkəzinin morqunda çalışan Metyu üçün nə mənaya gəlir? O, ruhları yenicə bədənlərini tərk etmiş insanlarla necə təmas qurur? 

Film: Morianın Ruhları
Rejissor: Florian Elabdi, Michael Graversen
Ölkə: Danimarka
Uzunluq: 0:24:41
Dil: Ərəb (azərbaycan altyazıları ilə) 
Yaş məhdudiyəti: +12

Haqqında:  2020-ci ilin Sentyabrında Yunanıstanın Lesbos adasındakı Avropanın ən böyük məcburi köçkün düşərgəsi olan Moria düşərgəsindəki yanğın minlərlə insanı didərgin saldı. Geriyə qalan kül və dağıntılar içərisində bir qrup məcburi köçkün metal parçaları toplayaraq sağ qalmağa çalışır. İnsan istiliyinin və dostluğunun mis məftillər qədər qiymətli və nadir olduğu bu post-apokaliptik kainatda sağ qalmaq haqqında bir universal hekayə.

Film: Mənim bədənimin danışacaq hekayəsi var
Rejissor: Nihad Isa
Ölkə: Azərbaycan
Uzunluq: 0:21:50
Dil: Azərbaycan (ingilis altyazıları ilə)
Yaş məhdudiyəti: +6
Qonaqlar: Mətləb Muxtarov / Nihad İsa 

Haqqında:  Bu filmdəki hər bir qəhrəmanın unikal bir hekayəsi var. Onlar DanceAbility® rəqs qrupuna qoşulduqdan sonra hekayələri də bir-birinə qarışır, və həm bir-biri ilə, həm də rəqs müəllimi ilə əks səda yaradır. Onlar artıq həyatda tək deyillər. Qəhrəmanlar bir-biri arasında çox dərin və yalnız yaşanaraq hiss edilə bilən, görünməz bir bağ kəşf edirlər.

Yaş məhdudiyyəti / Dil

12+
Ən yaxşı qısametrajlı sənədli film Ən yaxşı qısametrajlı sənədli film