Molenbik tanrıları

Tədbir haqqında

Rejissor: Reetta Huhtanen
İstehsalçı ölkə: Finlandiya
Dil: İspan, Fransız, Ərəb, Fin (AZ və EN subtitr ilə)
Müddət: 73 dəqiqə
Yaş məhdudiyyəti: 0+

Aatos altı yaşlı oğlandır. Onun anası Fin, atası Çililidir, və onlar Brusselin Molenbek rayonunda yaşayırlar. Bu suallar və “niyə”lər yaşında, Aatos karton periskopu vasitəsilə onu əhatə edən dünyanı müşahidə edir, və ən yaxın dostu Aminlə birgə düşüncələrə dalır. Aatos müsəlman olan dostu Amin kimi öz allahının olmasını istərdi. Ona görə bu allahın nə ola biləcəyin tapmağa çalışır: təbiəti nizamlayan panteist qüvvələrmi, qızıl qanadlı səndəl geyinən Hermesmi, yoxsa mantiya və çəkicli Tormu? Və bir də Aatosun dostu Flo var; O şəxsən inanır ki, allaha inananlar dəlidirlər... Onların gündəlik oyunlarının tanış məkanı olan rayonda terror hücumlarından sonra gərginlik üzə çıxır. Molenbekin Tanrılar uşağın səviyyəsində və inanılmaz dərəcədə yaxın məsafədən çəkilib, burada kamera yoxa çıxır. Arxa fonda isə küçədə əsgərlər, təhlükəsizlik elanları, nifrət və terrorizmə qarşı nümayişlər mövcuddur. Amma qabaq fonda uşaqlığın hətta xaotik zamanda belə məna axtarışına çevrilən krallıq olduğu gözəl dostluk hekayəsi yazılır.

Yaş məhdudiyyəti / Dil

0+
Molenbik tanrıları Molenbik tanrıları