Azərbaycan Milli Xalça Muzeyində Macarıstanın sədrliyi ilə Mərkəzi Avropa Mədəniyyət Platforması tərəfindən “Gələcəkdə nə geyinəcəyik?” sərgisi keçirilir. Burada Mərkəzi Avropa Mədəniyyət Platformasına üzv ölkələrin (Avstriya, Çexiya, Macarıstan, Slovakiya), həmçinin Azərbaycanın modelyer-dizaynerlərinin əl işləri nümayiş olunur.
Birgə sərgidə moda və dizayn sahəsində təhsil alan 28 istedadlı tələbənin müxtəlif texnikalarda təkrar emal olunmuş və təbii materiallardan hazırladıqları unikal geyimlər yer alır. Müəlliflər bu geyimlərlə biomaterialların, tekstilin transformasiya potensialını göstərir, ənənəvi tullantı anlayışına qarşı çıxırlar. Onlar müasir dizaynda orijinallıq, intuisiya, müstəqil düşüncə və tənqidi təfəkkürün rolunu, həmçinin təkrar emalı artırmaqla moda sənayesinin ətraf mühitə mənfi təsirlərini azaltmağın mümkünlüyünü diqqətə çatdırırlar.
Muzey kassasının iş vaxtı
Çərşənbə axşamı – Cümə: 10:00-18:00
Şənbə – Bazar: 11:00-19:00
Ekspozisiyanın iş vaxtı
Çərşənbə axşamı – Cümə: 10:00-19:00
Şənbə – Bazar: 11:00-20:00
