"Faiq Əhməd: 2011–2024-cü illər dövrü" adlı sərgi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisində yer alan unikal xalçaların əksəriyyəti ölkəmizdə ilk dəfə nümayiş olunur.

Ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirir. O, milli irsi qorumaqla, onu qlobal incəsənət dilində ifadə edir və beynəlxalq miqyasda rezonans doğuran gücə çevirir.

Sərgidə müəllifin tekstil sənətinə yanaşmasını zaman və mədəniyyət kontekstində dəyişiklikləri əks etdirən “Sosial anatomiya” (2016) və “Sən bir sirrsən” (2024) adlı videoçarxlar da təqdim edilir.

2007-ci ildən bəri ənənəvi xalça naxışlarını müasir baxışla yenidən şərh edən Faiq Əhməd bu silsilə əsərləri ilə dünyanın müxtəlif ölkələrində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
"Faiq Əhməd: 2011–2024-cü illər dövrü" adlı sərgi "Faiq Əhməd: 2011–2024-cü illər dövrü" adlı sərgi

Məkan yeri