

"Balet" qala konsert
Təsvir
GabalaFest 29 iyul – 3 avqust tarixlərində Qəbələdə musiqi, incəsənət və mədəniyyəti bir araya gətirir.
Altı gün ərzində festival qonaqlarını zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün ödənişsiz master-klasslar, rəsm sərgisi, yarmarkalar, qastronomiya məkanları, müxtəlif yaradıcılıq fəaliyyətləri və açıq səma altında möhtəşəm konsertlər.
Festivalın hər günü musiqi, incəsənət və ilham dolu anlarla yadda qalacaq. Festivalın möhtəşəm finalı isə avqustun 3-də keçiriləcək böyük konsert olacaq.
Bu yay musiqinin, incəsənətin və mədəniyyətin canlandığı Qəbələdə görüşənədək!
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü – iyulun 29-da, axşam saatlarında açıq səma altında balet qala-konserti keçiriləcək.
Konsertdə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Böyük Teatrının (Bolşoy Teatr) balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, həmçinin Niderland Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Mayevski səhnəyə çıxacaqlar.
