Bu dəfə Hayal Kahvesi Bakıda 90-2000-ci illərin Azərbaycan musiqisini yada salırıq. Gecəmizin xüsusi qonağı yaradıcılığı, səsinin möhtəşəmliyi və özünəməxsus janrı ilə 90-2000-ci illərin Azərbaycan musiqisinə öz töhfəsini verən, “Pəncərə”, “Batmış gəminin mahnısı” və digər ifaları ilə tanınan Rasim Müzəffərli Hayal Kahvesi Bakıda sevənlərinin görüşünə gəlir.