500 Möcüzə

Tədbir haqqında

500 məktub - 500 ürək - 500 möcüzə

Uzun zamandır sevinc və həyəcanla tədbirimizə gələcək uşaqlar üçün böyük möcüzə hazırlayırıq! Bundan elavə, tədbirdən toplanacaq gəlirlə, məktublarını aldığımız şəhid ailələri və uşaq evlərindən (Bakı, Türkan, Şəki və Mingəçevir) olan uşaqları sevindirəcəyik.  Yeni il şənliyinin şou proqramı Cosplay tərəfindən təşkil olunacaq. Şənlikdə uşaqların ən sevimli personajları - Elza və Olaf, Tom və Cerri, Mikki və Minni, Şelkunçik, Ağbəniz və qnom, Alvin və dostları olacaqlar. Tədbirin ən əsas qonaqları Santa Klaus və Elflər sizi nağıl aləminə aparacaq. Uşaqlarınız müxtəlif master-classlarda əl işləri və hədiyyələr hazırlayacaqlar. Fairmont otel tərəfindən nəfis təamlar sunulacaq. Aparıcımız uşaqların və böyüklərin hədiyyələr qazana biləcəyi müsabiqələr keçirəcək. Qaliblər Swarovski, Coincasa, Villeroy&Boch, Extravaganza, BellaCasa, Ozzi.az, Ali&Nino-dan hədiyyələr qazanacaqlar. Tədbirin sonunda bilet nömrələri ilə uduş keçiriləcək. 10 qalib valideyn Avocado.az-dan hədiyyələr, tədbirə qatılan bütün uşaqlar isə Entertainerdən oyuncaq, Balli bisi və Carrousel Chocolatiere-dən şirniyyatlar, Ali & Ninodan və 500 Möcüzə komandaından hədiyyələr dolu yeni il qutuları alacaqlar. Bütün tədbir Healtsstudio-nun komandası tərəfindən lentə alınacaq. Və tədbirin ən maraqlı hissəsi - 360 kamerası sayəsində analar özlərini ulduz kimi hiss edəcəklər. Mütləq hazırlıqlı gəlin. 

Tədbirin bütün dekorunu şəhərin ən gözəl dekor şirkəti Mehin Events və Strafor Kəsim komandası tərəfindən hazırlanacaq.

Şənlikdən toplanmış bütün məbləğ xeyriyyə məqsədi ilə xərclənəcək.

Qiymətə daxildir - 1 Böyük, 1 Uşaq.

Möcüzələr sizinlə olsun!

Sevgilərlə, Möcüzə Fest.

Yaş məhdudiyyəti / Dil

3+
500 Möcüzə 500 Möcüzə