’’Nindza Tısbağalar və kapitan Cekin macəraları”
“Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşası xeyir və şərin mübarizəsi üstündə qurulub.
Bayram keçirmək istəyən Splinter və nindzalara mane olmaq istəyən qüvvə var. Şredder adlı bu şər qüvvə Splinteri həbs edəndə kapitan Cek onu görür və nindzalara xəbər edir.
Splinteri azad etmək üçün nindzalar kapitanın gəmisi ilə yola çıxırlar. Cadugər qarı bunu Şredderə xəbər verir.
Tamaşa nindzaların qələbəsi, onların əyləncəsinə mane olmaq istəyənlərin məğlubiyyəti ilə başa çatır.
Səhnə tərtibatı rəngarəng olan tamaşa Şaxta babanın, Qar qızın, Leonardonun, Rafaelin, Donatellonun, Mikelancelonun, Splinterin, Eyprilin, Şredderin, Kapitan Cekin və cadugər qarıların maraqlı obrazları və ifaları ilə uşaqları biganə qoymayacaq.
Maraqlı mövzusu, rəngarəng maskaları, cəlbedici hərəkət-oyunları, oynaq musiqisi və ən əsası yüksək peşəkar aktyor ifası ilə xoş təsir bağışlayan səhnə əsəri kiçik yaşlı tamaşaçıların zövqünü oxşayacaq.
Tamaşanın quruluşçu rejissoru Anar Babalıdır.
PULSUZ GİRİŞ: 3 yaşa qədər uşaqlar üçün (valideyn üçün bilet zəruridir)

15 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan