Azərbaycan xalq nağılı "Göyçək Fatmanın" motivləri əsasında səhnələşdirilən nağıl tamaşanın əsas qəhrəmanı Fatmadır. Bütün hadisələr fatmanın anası öldükdən sonra baş verir . Ögey ana yetim Fatmanı sevib əzizləmək əvəzinə daha da istismar edir. Fatma isə saflığından və sadəliyindən əl çəkmir. Sonda isə Fatma heç ağlına da gəlmədiyi bir anda ölkə şahzadəsi ilə ailə qurur. Şifahi xalq ədəbiyyatı nümunələrindən biri olan " Göyçək Fatma " nağılının da insanlara vermək istədiyi mesaj ondan ibrarətdir ki, dünya da heç vaxt pislər qalıb gəlmir. İnsanın qəlbinin təmizliyi isə ,onu ən uca və ali təbəqələrə qaldırır.
Tamaşanın rejissoru
Loğman Kərimov ( Əməkar Artist )