“Çippollino”
Yaş həddi: 3+
Müəllif: Canni Rodari (Səhnə redaksiyasının müəllifi Bəhram Osmanov)
Quruluşçu rejissor: quruluşçu rejissor Yelena İvanova
Baş rolların ifaçıları: Səbinə Məmmədzadə, Xəyalə Qasımova, Anar Seyfullayev
Janr: alleqorik dram
Tamaşanın müddəti: 1 hissəli - 1 saat 5 dəqiqə
Bu alleqorik dram meyvə və tərəvəzlərdən bəhs etsə də, əslində Xeyirlə Şər arasında gedən mübarizəyə həsr olunmuşdur. Gücsüz və köməksiz Çippollino həm öz atasını, həm də onlar kimi kimsəsizləri müdafiə edib qələbə çalır. Ona bu yolda dostları kömək edirlər. Pomidor kimi ikiüzlülər isə ifşa olunur.
Bir hissəli müzikl uşaqlar üçün bir əyləncə xarakteri daşıyır. Eyni zamanda, bir-birinə əl tutmağı, ədalətli olmağı tövsiyə edir.