"Yolkanın İşıqları"

Tədbir haqqında

Əziz şəhər sakinləri SİZİ Həzi Aslnov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçiriləcək yeni il və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş "Yolkanın İşıqları" adlı bayram şənliyinə dəvət edirik!

Tədbirdə nağıl qəhrəmanları - Cırtdan, Tıq-tıq xanım,     Maşa, Ayı, Canavar, Qırmızı papaq, Məlikməmməd,        Göyçək Fatma – iştirak edir.

Bayram şənliyində Turpun nağılı adlı nağıl tamaşa göstəriləcək.

Şənlikdə müxtəlif yarışmalar – şeir yarışması, şar püləmə, göz bağlama, stol ətrafında rəqs, torbaya girmə, ipdartma -  keçiriləcək.

Bayram şənliyində nağıl qəhrəmanlarının ifasında rəqslər və  mahnılar səslənəcək.

*Biletlərə hədiyyə daxildir*

Yaş məhdudiyyəti / Dil

0+
"Yolkanın İşıqları" "Yolkanın İşıqları"