Sirk - Monte-Karlo əfsanələri

Tədbir haqqında

"Circus Sea Breeze" Luna Park və Water Parkın ərazisində yerləşir.  ➡️   Xəritə 

İyun ayının 1-dən ilk dəfə olaraq Sea Breeze-də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır.


Bu sirk proqramında tamaşaçılar Monte-Karlonun beynəlxalq sirk festivalının artistlərinin sayəsində sehr dünyasına qərq olacaqlar. Akrobatların, hava gimnastların və hoqqabazların fantastik hərəkətləri, klounların gülməli çıxışları hamını heyran edəcək. 

Möhtəşəm şounun bir hissəsi olmaq üçün bu unikal şansı qaçırmayın. Özünüzə və yaxınlarınıza unudulmaz anlar bəxş edin.

 

Yaş məhdudiyyəti / Dil

3+ / Multilingual
Sirk - Monte-Karlo əfsanələri Sirk - Monte-Karlo əfsanələri

Məkan yeri
"Circus Sea Breeze" Luna Park və Water Parkın ərazisində yerləşir.