"Dino Ada"  Davud və Fidanla

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Dino Ada” tamaşası 28 fevralda Akademik Musiqili Teatrın səhnəsində

❄️ Qışın soyuğunda
🦖 Dinozavr səni teatr səhnəsində gözləyir!

🎭 “Dino Ada: Davud və Fidanla”
📅 28 fevral

🕦 11:30 — Azərbaycan dilində
🕝 14:30 — Rus dilində

🎟 Bilet qiymətləri: 10–25 AZN

🏫 Endirim paketləri:

  • 4+ bilet — 10% endirim
    10+ bilet — 15% endirim + 2 pulsuz bilet
    20+ bilet — 20% endirim + 4 pulsuz bilet

👶 Yaş tövsiyəsi: 3–12 yaş
🔹 5 yaşadək uşaqlar üçün giriş pulsuzdur
(valideynin bileti olduqda)

📍 Məkan: Azərbaycan Dövlət Akademik Musiqili Teatr

 

Qısa təsvir

28 fevral tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində uşaqlar üçün maraqlı və əyləncəli “Dino Ada” adlı teatr tamaşası nümayiş olunacaq. Tamaşa MGM Production tərəfindən çoxsaylı tamaşaçı müraciətləri nəzərə alınaraq məhz teatr səhnəsində təqdim edilir.

Qış mövsümünün soyuq günlərində uşaqlara isti emosiyalar bəxş edəcək bu tamaşa Davud və Fidanın iştirakı ilə balaca tamaşaçıları dinozavrlarla dolu sehrli bir dünyaya aparır. Canlı aktyor oyunu, musiqi, interaktiv səhnələr və rəngarəng personajlar uşaqlar üçün həm əyləncəli, həm də yaddaqalan teatr təcrübəsi yaradır.

“Dino Ada” tamaşası uşaqların fantaziyasını inkişaf etdirməklə yanaşı, onların teatr mədəniyyəti ilə tanış olması üçün ideal seçimdir. Tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq.

Yaş məhdudiyyəti / Dil

0+ / Azərbaycanca, Русский
"Dino Ada"  Davud və Fidanla "Dino Ada"  Davud və Fidanla

Məkan yeri
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan