"Disney" Multimedia şousu

Tədbir haqqında

“Disney” multimedia şousu.

Hər bir dövlətin, hər bir cəmiyyətin gələcəyini təmin edən sütunlardan biri də əlbəttə ki, uşaqlardır. Uşaqların fiziki, əqli və mənəvi inkişafı, onlara qayğı və dəstək gələcəyimizə qoyulmuş ən böyük sərmayədir. Bunu nəzərə alaraq, 2023- cü il iyun ayının 3 və 4 “Art-East Media Group” şirkəti ölkədə uğurla həyata keçirilən uşaq və gənclər siyasətinə uyğun olaraq, bu işə öz töhfəsini vermək, uşaqları sehirli nağıl və ən məşhur cizgi filmlərinin əsrarəngiz qəhrəmanları ilə birbaşa təmas və ünsiyyət yaratmağa dəvət edir. Belə ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibətilə ölkəmizin ən gənc tamaşaçıları “Avanqard” Kamera Orkestrinin təqdimatında “Disney” Multimedia şousununun canlı iştirakçıları olacaqlar. Şou zamanı videoekranda, peşəkar orkestrin və virtuoz rəqqasların, animatorların müşayiətilə canlanan bədii obraz və hadisələr nəinki uşaq və gənclərə, hətta onların valideynlərinə ən xoş hiss və təəssüratlar bəxş edəcəkdir.

Yaş məhdudiyyəti / Dil

3+
"Disney" Multimedia şousu "Disney" Multimedia şousu