"HARİKA KANATLAR VİKİNG" -  Müzikali

Tədbir haqqında

5 yaşınadək uşaqlara valideyn müşayəti ilə (valideyn üçün bilet zəruridir), əlavə yer tutmamaq şərti ilə giriş pulsuzdur.

“Harika Kanatlar - Viking” musiqili-interaktiv tamaşa yenidən Bakıda

   Heydər Əliyev Sarayında Türkiyə (Ankara) teatrının təqdimatında “Harika Kanatlar-Viking” musiqili-interaktiv tamaşa təqdim olunacaq.

   Musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və uşaqların sevgisini qazanan yeni “Harika Kanatlar - Viking” musiqili-interaktiv tamaşa noyabrın 5 - də tamaşaçıların ixtiyarına veriləcək.

   Yalnız bir gün və iki seans olacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

   Saat 12:00 və 15:00-da baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli “Harika Kanatlar - Viking” ailəvi musiqili-interaktiv tamaşa biletlərinin qiyməti 7 – 39 manat təşkil edir.
   Biletləri şəhərin bütün kassalarından, Gənclik və 28 MALL ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

0+
"HARİKA KANATLAR VİKİNG" -  Müzikali "HARİKA KANATLAR VİKİNG" -  Müzikali