Evdə tək

Tədbir haqqında

Akademik Musiqili Teatrın – “Evdə tək”

Amerikalı kinorejissor Kris Kolumbusun eyniadlı filminin ssenarisi əsasında hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Zaur Əliyevdir.  

Tamaşada da filmdəki kimi, Yeni ili başqa ölkədə qeyd etməyə gedən bir ailənin evdə unutduğu balaca oğlunun başına gələn hadisələr işıqlandırılır. Ayıq-sayıqlığı və özgüvəni ilə bütün qorxularına qalib gələn bu cəsarətli balaca düşdüyü tragikomik vəziyyətlər qarşısında aciz qalmır və təhlükələrə qarşı tədbirli olaraq hər kəsin təəccübünə səbəb olur... 

İdeya müəllifi və bədii rəhbəri fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşanın ikinci rejissoru Əmrah Dadaşov, quruluşçu baletmeysteri Elvira Əzizova, səhnə tərtibatçısı Qabil Gözəlov, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, səhnə tryuklarının qurucusu İsa Əsədov, rejissor assistenti Sevinc Məmmədovadır. 

Tamaşada Əməkdar artist İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Elçin İmanov, Şaban Cəfərov,  Ofeliya Məmmədova, Ruslan Mürsəlov, Fərid Rzayev, Nərmin Əliyeva, Eleonora Abbasova, Cəbrayıl Cəbrayılov, İbrahim Əlizadə, Sübhan Rüstəmov, Əli Kərimov, Murad Əliyev, Ayan Qurbanova, Firuzə Cəfərova, Kamran Həsənov, İranə Kərimova, teatrın azyaşlı aktyorları Miruğur, Mironur Əlili qardaşları və Həmid Həmidov, həmçinin balet artistləri çıxış edəcəklər. 

Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qızın da iştirak edəcəyi bu tamaşa doqquz gün (28 dekabr-05 yanvar, gündə 4 seans olmaqla) davam edəcək. 

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Yaş məhdudiyyəti / Dil

0+
Evdə tək Evdə tək