Beynəlxalq Sirk: Festival Qalibləri

Tədbir haqqında

Bakı Dövlət Sirkinə “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı beynəlxalq sirk proqramı gəlir.

“Beynəlxalq Sirk: Festival Qalibləri” adlı sirk proqramının təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilovdur.

Müxtəlif akrobatika və gimnastika kimi sahələri özündə cəmləşdirərək, möhtəşəm bir şou qarşınızda olacaq.
 
Bundan başqa, sirk proqramında atların xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları sözün əsl mənasında bütün tamaşaçıları heyrətləndirəcək.

Beynəlxalq sirk proqramı  2022-ci il 14  oktyabrdan başlayaraq, 27 noyabra kimi davam edəcək. 
Proqram ilk olaraq 12 oktyabr tarixində şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Yaş məhdudiyyəti / Dil

3+
Beynəlxalq Sirk: Festival Qalibləri Beynəlxalq Sirk: Festival Qalibləri