A.Sadıqovun “Buzlar ölkəsi”
“Buzlar ölkəsi” nağıl-tamaşasının mövzusu qış ilə baharın mübarizəsindən bəhs edir. Hadisələr Buzlar ölkəsində baş verir.
Tamaşada xeyir qüvvələri Şahzadə və onun ətrafı, şər qüvvələri isə İfritə Tükəzban və onun ətrafı təmsil edirlər. İfritə Tükəzban Şahzadə qızın xeyirxah əməllərinə mane olmaq istəyir ki, bununla da baharın gəlişinə mane olsun. Şahzadə qız isə, həm xeyirxah əməllərində, həm də baharın gəlişində israrlıdır. Onlar arasında gərgin mübarizə gedir. İfritə Tükəziban Şahzadə qızı sehrlə yatırmağa müvəffəq olur. Xeyir qüvvələr gərgin mübarizədən sonra, nəhayət İfritə Tükəzibana qalib gəlib, Şahzadə qızı ayılda bilirlər.
Tamaşa cəlbedici və oynaq musiqi, rəngarəng səhnə tərtibat və geyimləri ilə diqqəti cəlb edir. Peşəkar aktyor ifaları balaca tamaşaçılar tərəfindən maraqla qarşılanır.