·little YARAT· Ustad Dərsləri

Tədbir haqqında

*Tədbirdə yalnız azyaşlılar (8-12 yaş arası) iştirak edir, valideynlər tədbir bitdikdən sonra övladlarını götürə bilərlər.*
• Bir şəxsiyyəti vəsiqəsi ilə yalnız iki bilet əldə oluna bilər.
• Xahiş edirik, şəxsiyyət vəsiqənizi özünüzlə götürməyi unutmayın.
• Biletin etibarlığı tədbirin başlamasından 10 dəqiqə sonra quvvədən düşür və iştirakçılar canlı növbə ilə tədbirə buraxılır.
• Biletin çap olunmuş və ya elektron versiyası festivalda iştirak müddətində üzərinizdə saxlanılmalıdır.

3 və 17 iyun – 12:00 (8-12 yaş)
Mövzu: “Çəhrayı-qara kompozisiya”
Tyutor: Erkin Ələkbərli
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

Ustad dərsində iştirakçılar rəssam Erkin Ələkbərlinin cari sərgidə nümayiş olunan əsərlərinə əsaslanaraq kompozisiyalar hazırlayacaqlar. Onlar bez üzərində yalnız çəhrayı və qara rənglərdən faydalanaraq, öz baxış bucaqlarından, qadın həyatında olan ən vacib məqamları təsvir edəcəklər.


10 və 24  iyun – 12:00 (8-12 yaş)
Mövzu: “Şərq qadını” 
Tyutor: Alina Yusupova 
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi

Ustad dərsi zamanı iştirakçılar rəssam Alina Yusupova ilə birlikdə şərq qadınının təsvirini yaratmağa çalışacaqlar. İştirakçılar kartondan qadın simasının hissələrini, eləcə də saç nümunələri və şərq zərgərlik elementlərini hazırlayaraq, şərq qadını portretlərini yaradacaqlar. 

 

Yaş məhdudiyyəti / Dil

8-12
·little YARAT· Ustad Dərsləri ·little YARAT· Ustad Dərsləri