Megaşou MACƏRA

Tədbir haqqında

18 yaşdan yuxarı şəxslər COVID-19 vaksin sertifikatı, COVİD-19 immunitet sertifikatı və ya COVID-19 əks-göstəriş sertifikatı təqdim etməklə şouya giriş edə bilərlər.

Bütün ailə üçün interaktiv işıqlı kvest-şou "Macəra". Möhtəşəm bir hekayənin nəticəsini dəyişin!

Bakı. Müasir dövr. Cavad adlı oğlan real həyatdan qoparaq internet aləminə aludə olub. Bir anda o, gələcəyin kompüter oyununa düşür. Oğlan oyunun beş səviyyəsinin hamısını tamamlasa, evə gedən yol açılacaq. Cavad real dünyaya qayıdacaqmı? Yalnız sizdən asılıdır!

Sizdən aşağıdakılar tələb olunur:

– İtirilmiş piksellər üçün rəngli xəritə hazırlamaq.
Gənc tamaşaçılar Cavadın evinə aparan yolu açmağa kömək edəcəklər.
-Güzgü Mühafizlərinə rəqs etməyi öyrətmək.
Cavad tamaşaçılarla birlikdə əyləncəli rəqs fleşmobu təşkil edəcək və güzgü personajlarına musiqinin ritminə uyğun hərəkət etməyi öyrədəcək.
- Cavad və dostlarının qarşısında çətin tapşırıq dayanır: havada uçuşan nəhəng yaddaş elementlərini azad etmək.
- Lazermenin baza stansiyasını şarj etmək.
Gənc tamaşaçılar və Cavad Lazermeni xilas etməli və onun baza stansiyasını şarj etməli olacaqlar.

– İşıqlı nağaraçılar ansamblını yaratmaq.

"Macəra" Meqaşousu nədir:
– 60 dəqiqəlik ultra müasir texnoloji şou;
- rəqs, oyunlar, jonqlyorluq;
– tamaşanın qəhrəmanları ilə fotosessiya;
- siz və uşaqlar üçün interaktiv: siz burada güləcək, oynayacaq, təəccüblənəcək və vacib məsələlər barədə düşünəcəksiniz;
- şou ərzində hər bir tamaşaçıya işıqlı bilərzik verilir.

 

Yaş məhdudiyyəti / Dil

3+
Megaşou MACƏRA Megaşou MACƏRA