Meşə çaqqalsız olmaz

Tədbir haqqında

"Meşə çaqqalsız olmaz"

Yaş həddi 1+

"Meşə çaqqalsız olmaz" musiqili nağıl-tamaşasında meşəni zəbt etmək istəyən Tülkü ilə Çaqqalın hiyləgərliklərindən bəhs olunur. Hər ikisi ətrafda yaşayan digər canlıları qovmaq və  həmin əraziləri mənimsəmək istəyir. Bununla da sübut etməyə hazırlaşırlar ki, bütün meşə onların ulu əcdadlarından miras qalıb.
Lakin Dovşan, Kirpi, Ağacdələn, Arının mərd davranışları, Ayının müdrikliyi sayəsində onlar öz məkirli planlarını həyata keçirə bilmir.
"Meşə çaqqalsız olmaz" (Əli Səmədli) tamaşasının quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Tamaşanın premyerası 1 oktyabr 2016-ci ildə oynanılmışdır.

Yaş məhdudiyyəti / Dil

3+
Meşə çaqqalsız olmaz Meşə çaqqalsız olmaz