Şaxta baba və onun dostlarının Yeni il tətilləri

Şaxta baba və onun dostlarının Yeni il tətilləri

Tədbir haqqında

Yeni il ərəfəsində, dekabrın 18, 24 və 25-də Rus Dram Teatrının səhnəsində “Şaxta baba və onun dostlarının yeni il tətilləti” adlı yeni il musiqili tamaşası təqdim olunacaq.
Teatrın səhnəsinə bir anda üç Şaxta baba və Qar qız çıxacaq.

Rəngarəng tamaşanın birbaşa iştirakçılarına çevriləcək balaca tamaşaçıların qarşısında qeyri-adi gözəl aksiya açılacaq! Bu, möhtəşəm işıqlandırma dizaynı, xüsusi effektlər, tamaşanın bütün qəhrəmanlarından orijinal və parlaq rəqs nömrələri, çoxlu mahnılar, eləcə də parlaq geyimlər və dekorasiyalar, real personajlar və əlbəttə ki, xoşbəxt sonluq gözlədiyi möhtəşəm Yeni il musiqi şousudur. 

Siz unudulmaz, interaktiv musiqi proqramına qərq olacaqsınız, nağıl şahzadələri, "LOL" kuklaları, cəsur Ələddin və Jasmin, ən qorxmaz Chipmunks, super sürətli Sonic, sehrli Mikki Maus, möhtəşəm Elza və Olaf, Ağbəniz və cırtdan, Alisa möcüzələr diyarında, Çeşir pişiyi, eləcə də Marvel Kainatının bütün sevimli qəhrəmanları - Hulk, Thor və Lady Thor, şən Pikaçu, şəhzadə Avrora və Malefisenta, eləcə də sevdiyiniz bir çox başqa qəhrəmanlarla görüşəcəksiniz.

Onu da qeyd etmək istəyirik ki, teatrın foyesində bütün uşaqları müxtəlif nağıl personajları qarşılayacaq və onları müşayiət edəcək və siz onlarla ödənişsiz şəkil çəkdirə bilərsiniz!

Hamınızı əsl Yeni il şənliyində gözləyirik!
Bu möhtəşəm tədbiri qaçırmayın.

Yaş məhdudiyyəti / Dil

2+
Şaxta baba və onun dostlarının Yeni il tətilləri Şaxta baba və onun dostlarının Yeni il tətilləri