«НОВЫЙ ГОД КРУГЛЫЙ ГОД!»

Tədbir haqqında

PULSUZ GİRİŞ: 3 yaşa qədər uşaqlar üçün 👧🏻🧒🏻 (valideyn üçün bilet zəruridir)

Yeni il ərəfəsində, yalnız 30 dekabr, 3 və 6 yanvar tarixlərində Rus Dram Teatrının səhnəsində:  "НОВЫЙ ГОД КРУГЛЫЙ ГОД!" adlı yeni il musiqili tamaşası nümayiş olunacaq!

Rəngarəng tamaşanın birbaşa iştirakçılarına çevriləcək balaca tamaşaçıların qarşısında qeyri-adi gözəllik nümayiş etdiriləcək. Bu, tamaşaçıların heyrətamiz işıqlandırma dizaynı, xüsusi effektlər, tamaşanın bütün qəhrəmanlarından orijinal və parlaq rəqs nömrələri, çoxlu mahnılar, eləcə də parlaq kostyumlar və dekorasiyalar, real obrazlardan həzz alacaqları möhtəşəm Yeni il musiqi şousudur.

Tamaşaçıları Şaxta baba və Qar qız, Şən Pikaçu və Sonic, Barbie və Ken, Marvel superqəhrəmanları, Elza, Anna və Olaf, Yasəmən və Ələddin, Zoluşka və Şahzadə, Avroranın iştirakı ilə unudulmaz interaktiv musiqi proqramı gözləyir.

Teatrın foyesində bütün uşaqları müxtəlif nağıl personajları qarşılayacaq, onlarla pulsuz şəkil çəkdirə biləcəklər.

Yaş məhdudiyyəti / Dil

2+
«НОВЫЙ ГОД КРУГЛЫЙ ГОД!» «НОВЫЙ ГОД КРУГЛЫЙ ГОД!»