Qoğalın sərgüzəştləri

Tədbir haqqında

Xalq nağılı. “Qoğalın sərgüzəştləri”

Yaş həddi: 4+

Müəllif: Səhnə redaksiyasının müəllifi: Pərvin Nurəliyeva

Quruluşçu rejissor:  Nicat Kazımov (Əməkdar artist)

Baş rolların ifaçıları: Anar Seyfullayev, Araz Pirimov, Zülfiyyə Alhüseynova, Ramil Məmmədov

Janr:  nağıl-tamaşa

Tamaşanın müddəti:  birhissəli - 1 saat 10 dəqiqə

Meşədə tənha qocalar qoğal bişirirlər. Qoğal onların arzuladıqları uşağa çevrilir. Amma sözə qulaq asmır, evdən qaçır ki, ağıl tapsın. Bu qaçış onu Ayı, Canavar, Tülkü kimi hiyləgər vəhşilərlə üz-üzə gəlməyə məcbur edir. Onun xilaskarı balaca Dovşan olur.

Deməli, ağıl yaşda deyil, başdadır, bir də böyüyün sözünə baxmayan çox çətin sınaqlarla üz-üzə qalar.

Balaca tamaşaçılar üçün hazırlanmış bu gözəl ideyalı tamaşa həm də rəngarəng geyimləri, gözəl rəqsləri və şirin mahnıları ilə diqqəti cəlb edir.

Yaş məhdudiyyəti / Dil

3+
Qoğalın sərgüzəştləri Qoğalın sərgüzəştləri